18 il Fransada hava limanında yaşayan dünyanın ən məşhur sığınacaq axtaranı iranlı Mehran Kərimi Nasiri dünyasını dəyişib.

O, illərdir yaşadığı hava limanında vəfat edib.

Həyatı əsərə, filmə mövzu olan Mehran Kərimi 1988-ci ildə sığınacaq almaq üçün Fransaya getsə də, onun bu istəyi rədd edilir. O, Parisin Şarl de Qoll hava limanında 18 il qapalı şəraitdə yaşayıb. Nasirinin sığınacaqla bağlı ərizəsi  müraciətinin 11-ci ilində qəbul edilib. Amma hava limanında yatdığı yer abadlaşdırılana qədər oranı tərk etməyib.

Mehran Kərimi Nasiri 2006-cı ildə xüsusi qocalar evinə aparılıb.

İki həftə əvvəl səhhətindəki problemlərə baxmayaraq hava limanına qayıdan Nasiri 77 yaşında orada dünyasını dəyişib.

Dünya onun hekayəsi ilə 2004-cü ildə nümayiş olunan Terminal filmi ilə tanış olub.

Stiven Spilberqin rejissoru olduğu və baş rolda Tom Henksin çəkildiyi film onun həyatından ilhamlanaraq ərsəyə gətirilib.