Kanadanın MakQil Universitetinin alimləri kosmik gəmilərin 45 gün ərzində Marsa çatacağını bildiriblər.

Mütəxəssislər bunun üçün Yerin səthində quraşdırılmış lazerdən istifadə etməyi təklif ediblər.

Təklif edilmiş bu ideya yük ilə astronavtları kimyəvi əsaslı raketlərdən daha tez çatdıra biləcək.

Qeyd edək ki, hazırda Marsa çatmaq üçün ən azı 115 gün vaxt lazımdır.