2021-ci il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə (65 yaş) çatmış 395 müəllimlə müddətli müqavilə bağlanıb.
Elxəbər.com xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.
Qeyd edilib ki, qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan 1 010 nəfər müəllimin iş yeri daimiləşib.
Müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələri üzrə vakant yerə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər üçün 2021-ci ilin fevral, aprel və may aylarında onlayn müsahibələr keçirilib.