Bu il  IV ixtisas qrupu üzrə ən yüksək -700 balı toplayan Nigar Ağazadə ali təhsilini Azərbaycan universitetlərində almayacaq.

Elxeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Belə ki, Nigar Türkiyənin Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub. O, bu ölkənin xarici tələbələr üçün təşkil etdiyi Təqaüd proqramı (burs) çərçivəsində təhsil alacaq. 

Qeyd edək ki, Nigar Ağazadə Bakıdakı 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci mərhələsində isə 400 bal toplayaraq maksimal nəticə əldə edib.