Vətən müharibəsi iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7 700-ə yaxın şəhidin ailə üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilib.

Məlumatı Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov verib.

O bildirib ki, onların sosial ödəmələri vaxtında təmin olunur. Bu sahədə məlumatlılığın artırılması məqsədilə nazirliyin rəsmi internet saytında “Vərəsəlik şəhadətnaməsi” adlı bölmə istifadəyə verilib.

İ.Məmmədovun sözlərinə görə, şəhid ailələrinə yardım məqsədilə onlara göstərilən xidmət xüsusi notariusların öz hesablarına həyata keçirir.