Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.
Elxeber.com xəbər verir ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə martın 7-si (bazar ertəsi) iş günü ilə martın 5-i (şənbə) istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, martın 6-7-si və 8-i ardıcıl olaraq qeyri-iş günü olacaq.
Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar günüdür.