Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən 865 nəfər məktəb direktorunun, 2343 nəfər direktor müavininin vəzifə maaşına əlavələr veriləcək.

Elxeber.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün təşkil olunan brifinqdə deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 18-də “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb. Avqustun 22-də isə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Qərar imzalayıb.