Abşeron yarımadasının ərazisinin 70 %-i tullantı su sistemi ilə əhatə olunmayıb.

Elxeber.com xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli “Ekspert saatı”nda bildirib.

"Yarımadanın Bakı şəhərinin mərkəzi hissəsi, Şüvəlan, Mərdəkan və Buzovna qəsəbələri, Sumqayıt və Xırdalan şəhəri, Şüvəlan qismən tullantı su sistemi ilə əhatə olunub", - deyə o, qeyd edib.