Qazaxıstanın Almatı şəhərində ordu etirazçılara silahlı müdaxilə etməyə başlayıb. 
Bu barədə Qazaxıstanın ATR kanalında jurnalist kimi fəaliyyət göstərən Gülsüm Xəlilova məlumat verib və öz tvitter hesabında bununla bağlı videogörüntü paylaşıb.

O bildirib ki, yaranmış qarşıdurma nəticəsində xeyli sayda ölən və yaralanan var.
Jurnalistin sözlərinə görə, Qazaxıstan Səhiyyə Nazirliyi ölkədə baş verən etiraz aksiyaları nəticəsində minlərlə insanın yaralandığını, 400 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Ölənlərin dəqiq sayı ilə bağlı hələ məlumat yoxdur. Yeniavaz.com