Mərkəzi qərargahı Ankarada yerləşən Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) işğalçı Ermənistanın sentyabrın  12-si və 13-də Azərbaycan torpaqlarında  törətdiyi genişmiqyaslı təxribata  kəskin etirazını bildirib.

Elxeber.com Federasiyanın baş katibi Mehmet Qıyas Azeritürk və sədr müavini Seyfettin Ayakyayın imzaları ilə yayılan bəyanatın mətnini təqdim edir: 

-Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi təcavüzü şiddətlə qınayırıq. 

Azərbaycan Ordusunun Vətən torpaqlarını Ermənistanın işğalından qurtamaq üçün başlatdığı və 44 gün davam edən müharibənin 2020-ci il 9 noyabr tarixində qələbə ilə bitməsi  Cənubi Qafqazda yeni bir dövrün başlanğıcı olub. 

Məlumdur ki, müharibə Ermənistanın təslim olmasından sonra başa çatmışdı. 

Müharibənin başa çatmasından sonra ortaya qoyulan sənədlər və açıqlamalar bölgə xalqlarını sevindirdiyi kimi bizim də Cənibi Qafqazda sülhə dair ümidlərimizi artırmışdı. Ancaq məğlubiyyəti həzm edə bilməyən Ermənistan tərəfi əldə olunan razılaşmanı  hər zaman pozmağa cəhd göstərib. Müdafiəsizləri, uşaqları, qadınları, qocaları öldürməklə “məğlubedilməz ordu” görüntüsü yaradan və belə bir utopiyanın arxasına sığınan erməni faşizmi indi faktlarla üzləşməlidir. Ermənilər unutmasınlar ki, haqqı axtaran xalqın qarşısında heç bir ordu yenilməz deyil. Xüsusilə öz legitimliyini imperializmin vəhşiliyindən alan, quldur dəstələrini ordu, terroru isə mübarizə hesab edən Ermənistan silahlı qüvvələri heç vaxt yenilməz olmayıb. Kaş ki, 44 günlük müharibədə bunu başa düşəydilər.

Biz Ermənistan hökumətini öz imzalarına sadiq qalmağa və bu təcavüzkar münasibətdən əl çəkməyə dəvət edirik. Bunun əksi olan davranışın ilk növbədə Ermənistan xalqına zərər verəcəyi, Türkiyə və Azərbaycanla başlayan “normallaşma” cəhdlərinin yenidən soyuducuya atılacağı açıq-aydın görünür.

Rusiya-Ukrayna müharibəsindən istifadə edərək Egey dənizi və Şərqi Aralıq dənizi bölgəsində başlatılan yeni imperialist hücumu, Ermənistana da bir rol verərək Türkiyəni Azərbaycan üzərindən sıxışdırmaq cəhdləri böyük Türk Millətinin və qardaş Azərbaycan Xalqının polad kimi Azadlıq və İstiqlal iradəsi qarşısında əriməyə məhkumdur.

Biz Ermənistan xalıqna səslənirik:

1. Hər fürsətdə Azərbaycan torpaqlarına hücum edən və sizi yeni müharibənin ortasına atmaq istəyən avantürist silahlı qüvvələrinizi dəstəkləməyin.

2. Övladlarınızı yeni bir macəraya aparacaq bu faşist zehniyyətinə “yox” deyin.

3. İllər boyu birlikdə yaşadığınız “türklərlə” yaxşı qonşu olmağın sizin üçün faydalı olacağını övladlarınıza izah edin.

4. Unutmayın ki, Ermənistanın hüzur və təhlükəsizliyi türklərlə sülhün bərqərar olmasından asılıdır.

5. Sentyabrın 12-də Azərbaycan torpaqlarına edilən hücumların yeganə məqsədi Qafqazda sülhə dinamit qoymaqdır. Artıq bundan əl çəkin. Atacağınız hər bomba əlinizdə partlamağa məhkumdur. Dünya sizin çirkin məlumatlarınıza inanmır, qurban ədəbiyyatından əl çəkin. 

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası olaraq təmsil etdiyimiz QHT-lər adından Ermənistanın regionda sülhə yönəlmiş hər cür təxribat xarakterli hərəkətlərini qətiyyətlə pisləyirik.

Biz bir daha ictimaiyyət qarşısında bəyan edirik ki, indiyə qədər etdiyimiz kimi, bundan sonra da Azərbaycan xalqının haqq işində onların yanında olacağıq.