"Azərbaycan və Ermənistan razılığa gəlməkdən hələ çox uzaqdır, lakin Avropa İttifaqı (Aİ) bu istiqamətdə səylərini davam etdirir".
Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib.
Borrell Brüsseldə keçirilən Aİ-Ermənistan Assosiasiya Şurasının iclasından əvvəl mətbuata açıqlama verib.
Aİ-Ermənistan ikitərəfli əlaqələrinin “çox yaxşı” olduğunu deyən Borrell Ermənistan tərəfindən hələ həyata keçirilməli olan islahatların olduğunu açıqlayıb.
Bundan başqa Borrell, görüşü “Ermənistanı Avropaya doğru irəliləməyə təşviq etmək üçün yaxşı fürsət” kimi qiymətləndirib.
Aİ-nin Dağlıq Qarabağda yaşayan insanlara verəcəyi təminatlar barədə suala Borrell belə cavab verib: “Bu razılaşma əldə olunarsa, biz həqiqətən minnətdar olarıq. Bu razılaşmanın əldə olunması üçün hər iki tərəflə əlaqədəyik. Hələ ki, bundan çox uzağıq. Tərəflər yekun razılığa gələrsə, Aİ razılaşmanın tətbiqinin həyata keçirilməsi üçün əlindən gələn hər cür dəstəyi verəcək".