Avropa İttifaqı Ukraynaya əlavə 500 milyon avro yardım ayırıb.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel "Twitter" səhifəsində yazıb.

“Donbassa səfərimdən 3 ay sonra yenidən Ukraynanın Baş naziri ilə görüşümdən məmnun oldum. Biz Ukraynanın cəsarətli müdafiəsinə töhfə verməyə davam edirik. Bunun üçün Avropa Sülh Fondu çərçivəsində Ukraynaya əlavə 500 milyon avro ayırdıq”, - deyə o bildirib.