Yeni həyata qədəm qoymaq üçün Avropaya gedən miqrant uşaqlar getdikləri ölkədə acı sonla da rastalaşa bilir.

“Lost in Europe” araşdırmaçı jurnalistika təşkilatının apardığı araşdırma nəticəsində məlum olub ki, 2018-ci ildən bəri yanlarında heç bir qohumu olmadan Avropaya gedən uşaqlardan ən azı 18 292-si yoxa çıxıb. Bu, qitədə hər gün təxminən 17 uşağın itkin düşməsi deməkdir.

Bununla belə, ailələrindən ayrı yola çıxan və ya ailəsini miqrasiya yolunda itirərək Avropa qitəsinə qədəm qoyan müşayiətsiz itkin uşaqların sayının daha çox olduğu təxmin edilir.

Anadolu Agentliyi  apardığı video araşdırmada uşaqların itmə səbəblərini, rəqəmlərin etibarlılığını və bu itkinlərə qarşı niyə tədbir görülmədiyini araşdırıb.

Elxeber.com həmin araşdırmanı təqdim edir.