Dünyada baş verən hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşıb.
Elxeber.com xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,88 dollar artaraq 109,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 4,85 dollar artaraq 108,26 dollar olub.
Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 9,16 dollar artaraq 111,90 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 25-də (106,22) qeydə alınıb.