Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda keçirilən “Qafqaz Qartalı - 2024” təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra olunur.

Bu barədə "Elxəbər"ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, təlimin ssenarisinə əsasən, həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar şərti düşmənin vacib strateji və hərbi obyektlərinə basqın məqsədilə təyin olunmuş məntəqələrə doğru hərəkət edib, əlverişli mövqelərin tutulması üzrə tapşırıqları yerinə yetiriblər.