Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunan Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə 10 nəfərlik heyətlə Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.

Nazirlikdən verilən xəbərə görə, təyyarə sabahdan etibarən yanğınların söndürülməsində iştirak edəcək.