2022-ci il noyabrın 4-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” təsdiqlənib.
Elxeber.com xəbər verir ki, Prezident İlham Əliyev Fəaliyyət Planını təsdiqləyən fərman imzalayıb.
Fərmana əsasən, Fəaliyyət Planı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək;
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Fəaliyyət Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.