Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə qılınacaq bayram namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Elxeber.com-a verilən məlumata görə, bu il bayram namazı mayın 2-si "Əjdərbəy" məscidində saat 09:00-da, "Təzə Pir" məscidində isə saat 10:00-da qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ölkədə olmayacağı üçün bayram namazında iştirak etməyəcək.

Qeyd edək ki, bu il Ramazan bayramı mayın 2-3-də qeyd olunacaq.