“Meymun çiçəyi” virusu "Orthopoxvirus"lar ailəsinin insanlara yoluxa bilən 4 növündən biridir. Onun insanlarda ilk dəfə tapılmasından düz 50 il 49 gün vaxt keçir. Yəni bu müddətdə o, insanlar arasında epidemik yayılmaya səbəb olmayıbsa, hazırda bu halın başvermə ehtimalı yoxdur".

Elxeber.com xəbər verir ki, bunu tibb elmləri üzrə doktor, professor Musa Qəniyev feysbuk hesabından yazıb.

Həkim bildirib ki, 2-4 ildən bir dünyanın müxtəlif ölkələrində "Meymun çiçəyi" virusuna yoluxma halları baş verir:“Meymun çiçəyi” virusunun indiyə qədər yayılmamasının səbəbini, insanların “Təbii çiçəyə” qarşı peyvənd olunmaları ilə izah edə bilərlər ("Təbii çiçəyə” qarşı peyvənd, həm də “Meymun çiçəyi” virusuna qarşı baryerdir). Xatırlatmaq istəyirəm ki, 1980-cı ildən sonra, yəni düz 42 ildir ki, insanlar "Təbii çiçək" virusuna qarşı peyvənd olunmurlar. Halbuki, 1980-cı ildən günümüzə qədər, dövrü olaraq, hər 2-4 ildən bir “Meymun çiçəyi” virusuna dünyanın müxtəlif ölkələrində yoluxma halı olur. Bunlardan ən çoxu 2003-cü ildə ABŞ-da (81 nəfər) və 2017-ci ildə isə Nigeriyada (172 nəfər) qeydə alınıb. Lakin ölüm faktı müşahidə olunmayıb".

Alim, insanlar arasında son narahatlığı nəzərə alaraq bu barədə yazmağı qərara aldığını açıqlayıb: "Yazdım biləsiniz ki, hazırda meymun, inək və sair kimi viruslarla bağlı, ölkəmizdə narahatlıq doğura biləcək, qorxulu epidemioloji vəziyyət yoxdur və heç bir vaxt da olmayacaq".

O qeyd edib ki, istər bu gün, istərsə də gələcəkdə virus infeksiyaları ilə mübarizənin strategiya və taktikasının düzgün qurulması ilk növbədə, əhalinin düzgün maarifləndirilməsini, elmi-təhlili yanaşma və peşəkar həkim kadrlarının doğru seçimini və dəyərləndirilməsini tələb edir.