Azərbaycanda yaz fəsli (Bahar) başlayıb.
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının dosenti Xıdır Mikayılovun Elxeber.com-a verdiyi məlumata görə, baharın ölkə ərazisinə daxil olması martın 20-si saat 19:33-ə təsadüf edib.
Bu gün gecə-gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir.
Həmin andan şimal yarımkürəsində yaz fəsli başlayır. Fəslin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqədir.