Azərbaycandakı pravoslav xristianları Pasxa bayramını qeyd ediblər.

Pasxa bayramı münasibətilə keçirilən tədbir "Rəbb İsa Məsihin İzzəti (Üzüm Bağı)" tamaşası ilə başlayıb. 

Tədbirdə çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Pasxanı - İsa Məsihin insanları günahların qulu olmaqdan azadlığa çağırdığı məqamları bayram edən dini icma nümayəndələrini bayram münasibətilə təbrik edib. Komitə sədrinin müavini Pasxanın insanları ədalətə və azadlığa çağıran möhtəşəm hadisə kimi qiymətləndirib. Bu hisslərin Azərbaycan xalqı üçün çox doğma olduğunu xatırladan Səyavuş Heydərov tolerantlığına görə dünyaya nümunə sayılan ölkəmizdə bunun min illərlə tarixi olduğunu xatırladıb. Dünyəvi, insanı dəyərlərə hörmətlə yanaşılan müasir Azərbaycanda bunun dövlət siyasəti olduğunu deyən sədr müavini ümummilli lider Heydər Əliyevin bu siyasəti prioritet istiqamətlərdən biri kimi elan etdiyini bildirib. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin bunu Azərbaycanın ən böyük sərvətlərindən biri adlandırdığını vurğulayıb.

“Bibliya” cəmiyyətinin sədri Rasim Xəlilov 2020-ci ilin payızında Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsini xatırladıb, həmin vaxtlarda Azərbaycan xalqının dilindən və dinindən asılı olmayaraq, vahid məqsəd ətrafında sıx birləşdiyini diqqətə çatdırıb.

Daha sonra pravoslav və Katolik kilsələrinin kahinlərinin, “Həyat sözü” kilsəsinin keşişinin, müsəlman icmasının nümayəndələrinin təbrikləri səslənib.

Bayram tədbiri bədii hissə ilə davam edib.