Qazax rayonunun 7 kəndi, Sədəryin Kərki kəndi və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, bu yerlər Azərbaycan ərazisidir və qeyd olunan torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq.

"Bu məsələlər müzakirə olunub öz həllini tapacaq", - deyə X.Xələfov qeyd edib.