Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə Elxeber.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir.

Qeyd olunub ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir.

Dispers toz hissəcikləri Nizami rayonunda 1.2, Səbail rayonunda 1.1 dəfə normadan yüksək qeydə alınıb: "Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti gün ərzində davam edəcək".