Bazar günü gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 30-33° isti, Bakıda gecə 23-25°, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunudan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 21-36° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacaq.

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti də açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, avqustun 6-sı saat 11:00-a olan məlumata əsasən, 5-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.

Düşən yağışın miqdarı: Gədəbəydə 23.0 mm, Göygöldə 18.0 mm, Daşkəsəndə 16.0 mm, Gəncədə 13.0 mm, Şahdağ, İsmayıllıda 9.0 mm, Altıağacda 8.0 mm, Qırızda 7.0 mm, Oğuzda 6.0 mm, Naftalan, Xaltan, Şamaxıda 5.0 mm, Göyçay, Qəbələ, Şəki,Şəmkir, Tovuz, Yevlax, Sarıbaşda (Qax) 3.0 mm, Qobustan, Ceyrançöl, Quba, Mingəçevirdə 2.0 mm, Ağsu, Balakən, Ləzə, Qusar, Xınalıq, Zərdab, Bərdə, Xaçmaz, Zaqatalada 1.0 mm, Bakıda və Abşeron yarımadasında isə 1.0 mm-dək olub.

Dolu: Avqustun 5-də Göygöl stansiyası ərazisinə saat 21:00-21:03 radələrində diametri 23 mm, rayon ərazisinə və rayonunun Göyçə kəndi, Topalhəsənli kəndi, Hacıkənd qəsəbəsinə leysan yağışla bərabər 15-20 mm, həmçinin Köşkü və Aşıqlı kəndlərinə, Tərtər rayonu ərazisinə saat 21:51-21:53 radələrində 10 mm, Gədəbəydə isə 00:30-da leysan yağışla xırda dolu yağıb.

Külək: Qərb küləyi Daşkəsəndə 23-28 m/san-dək güclənib.

Havanın temperaturu: Avqustun 5-də Bakıda iqlim normasından 2.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-34° isti, Naxçıvan MR-da 38-40°, Ordubadda 42° isti, dağlıq rayonlarda 26-28°isti, aran rayonlarında 35-40° isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti avqustun 9-u gündüzədək davam edəcək.