Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

"Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən reabilitasiya mərkəzlərindən birində uşaqlara işgəncə verilib.

Bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb.

Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.