Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Elxeber xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib. O bildirib ki, havada tozun miqdarı 1.7- 2 dəfə normadan artıqdır: 

Mütəxəssis müşahidə olunan tozlu hava şəraitinin səbəbləri və təsiri barədə də məlumat verib: "Peyk görüntülərinə və proqnoz modellərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli hava axınları vasitəsilə gecə saatlarından başlayaraq toz hissəciklərinin Türkmənistan ərazisindən Bakı və Abşeron yarımadasına daxil olmasıdır”.

R.Allahverdiyeva qeyd edib ki, tozlu hava şəraiti tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən insanlara mənfi təsir göstərə və yollarda görünüş məsafəsinin məhdudlaşmasına səbəb ola bilər.

“Bunları nəzərə alaraq əhalinin tozlu hava şəraitində maskadan istifadə etməsi və sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir”, - deyə məlumatda vurğulanıb.