Yaz ağac əkini çərçivəsində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində  silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam etdirilir.

Bu barədə Elxeber.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bayram günlərində respublikanın meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 23 hektar ərazidə 40 000-dən çox meşəcinsli ağac tingi əkilib, 300 kq toxum səpilib.