"Qarşıdan Novruz bayramı günləri gəlir. Bayram günlərində doğru qidalanmaq vacibdir. Bayramda süfrəyə müxtəlif cür təamlar düzülsə də, bu o demək deyil ki, bütün qida və şirniyyatlardan qəbul edilməlidir. Bu dönəmlərdə, xüsusilə, şəkərli diabet xəstələrinin qidalanmalarına fikir vermələri, şəkərli qidalardan uzaq durmaları tövsiyə olunur".

Elxeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev nazirliyin instaqram hesabındakı canlı yayımda danışıb.

“Ümumiyyətlə, vətəndaşlara hər bir qidanı öz qədərində qəbul etmələri məsləhət görülür. Bununla yanaşı, yüksək təzyiqdən əziyyət çəkənlər çox yağlı, ağır yeməklərdən uzaq durmalıdırlar. Gecə saatlarına qədər qida qəbul etmək düzgün deyil. Bayram günlərini nəzərə alaraq, axşam saat 7-8-dən sonra qida qəbul etməmək tövsiyə olunur. Bayram günlərini maksimum dərəcədə aktiv keçirməkdə və diqqətli olmaqda fayda var”, - deyə Z.Quliyev bildirib.