Bazar gününə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava şəraiti əsasən yagmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23°, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 34-39° isti, dağlarda gecə 11-16°, gündüz 22-27° isti olacaq.