Bakı Dövlət Universitetində (BDU) yaz imtahan sessiyasının və yekun dövlət imtahanlarının başlayacağı tarixlə bağlı qərar qəbul olunub.

BDU-dan Elxeber.com-a verilən məlumata görə, bu barədə universitetin Elmi şurasının iclasında qərar verilib.

İclasda 2023-cü ilin iyun ayının 5-dən iyulun 5-dək imtahan sessiyasının keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün iyul ayının 6-dan 12-dək şərait yaradılması barədə qərar qəbul olunub.

Yekun dövlət imtahanlarının 31 may– 1 iyun, təkrar yekun dövlət imtahanlarının isə 20-21 iyun tarixlərində təşkil edilməsi qərara alınıb.