“Azad İstehlakçılar” İctimayi Birliyinin (AİİB) rəhbərliyi ilə Beyləqanda həyata kecirilən layihə davam edir.
Bu barədə Elxeber.com-a məlumat verən AİB sədri Eyyub Hüseynov bildirib ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib.
Layihənin büdcəsi 32 000 AZN təşkil edir.
Layihə AİİB-in rəhbərliyi və idarəçiliyi altında daha iki QHT-nin iştirakcılığı ilə koalisiyada 5 ay müddətində Beyləqan rayonu və ətraf qəsəbələrdə həyata keciriləcəcək. Koalisiyaya daxil edilmiş digər iki QHT, ”Şəfa”Psixoloji Sosial Yardım” İctimayi Birliyi və “Cəmiyyətin Davamli İnkişafına Yardım” İctimayi Birliyidir.
Layihənin məqsədi “Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək”dən ibarətdir.
Layihənin digər kompanentləri ilə yanaşı, artıq layihənin hədəf coğrafiyasında yerləşən Vətən Müharibəsi qazilərinə 1-i Xocavənd qəsəbəsində, 1-i Fizuli qəsəbəsində, 1-i Əlnəzərli kəndində və 2-si Beyləqan rayon mərkəzində olmaqla cəmi 5 ədəd hər biri 20m * 5m ölçüdə istixanaların quraşdırılması işi başlanıb.
Beyləqan rayon mərkəzindəki və Xocavənd qəsəbəsindəki bir ədəd istixananın metal karkası qurulub, qapılar hazırlanaraq quraşdırılıb. Bu proses digər 3 nəfər faydalananların həyətyanı sahəsində də aparılacaq.
Növbəti prosses olaraq torpağın 1-ci əkini (şumlanması) yerinə yetiriləcək. Aqrotexniki normalara üyğun olaraq müvafiq gübrələr veriləcək (lazım gəldiyi halda zərərvericilərə qarşı mübarizə dərmanları da torpağa veriləcək) və yenidən şumlanacaq.
Polietilen örtük çəkiləcək. Damcılı suvarma sistemi quraşdırılacaq, pomidor şitili köçürüləcək.
Layihənin icracıları hesab edir ki, bənzər layihə ölkənin digər regionlarında da həyata kecirilə bilər və onlar təcrübələrini istənilən vətəndaş cəmiyyəti nümayəndələri ilə bölüşməyə hazırdır.