Türkiyənin keçmiş baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Şuşaya gedib.
Elxeber.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tvitter hesabında məlumat paylaşıb.
Bildirib ki, Binəli Yıldırım sabah - iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcək.