Martın 11-də Ukrayna ərazisini 75 minə yaxın insan tərk edib.

Məlumatı Ukrayna Dövlət Sərhəd Xidmətindən bildiriblər.

Məlumata görə, gedənlərin əksəriyyəti – təxminən 49 min nəfər sərhədin Ukrayna-Polşa hissəsindən keçib. Əvvəlki günlərlə müqayisədə ölkədən çıxanların sayında azalma müşahidə olunub. Eləcə də sərhədə toplaşan piyadaların, avtomobil və avtobusların miqdarı da azalıb. Bununla yanaşı, ötən sutka ərzində Ukraynanın qərb sərhədlərində humanitar yüklər daşıyan 900-dən çox nəqliyyat vasitəsi qeydiyyata alınıb.

BMT-nin qaçqınların işləri üzrə komissarı Filippo Qrandi cümə günü bildirmişdi ki, martın 11-nə olan məlumata əsasən, Ukraynadan qonşu ölkələrə azı 2,5 milyon qaçqın gəlib.