Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) Efiopiyaya göndərilən ərzaq mallarının oğurlanmasından sonra humanitar yardımı dayandırdığını açıqlayıb.

Elxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, WFP qarşıdurmalardan ən çox təsirlənən Efiopiyanın Tiqray bölgəsinə göndərilən yardımın əhəmiyyətli hissəsinin başqa yerlərə yönəldildiyini müəyyən etdiklərini və buna görə yardımı dayandırdıqlarını bildirib.

Belə ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) çərşənbə günü milyonlarla insanın yardıma ehtiyac duyduğu Tiqraya göndərilən BMT yardımının oğurlanaraq bazarlarda satıldığına dair hesabat dərc edib.

Ümumdünya Ərzaq Proqramı, ərzaq tədarükü Tigraya təhlükəsiz şəkildə çatana qədər yardım edilməyəcəklərini də vurğulayıb.