Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bu il 30 illiyi qeyd edilən Şəki, Şamaxı və Quba filiallarının gələcəkdə müstəqil ali məktəblərə çevrilməsi yönündə müvafiq addımlar atılır.

Bunu ADPU-nun 100 illik yubiley tədbirində rektor Cəfər Cəfərov açıqlayıb.

Rektor bildirib ki, hazırda ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində və ölkənin 5 müxtəlif regionunda yerləşən filiallarda keyfiyyətin artırılmasına yönələn ardıcıl və məqsədyönlü tədbirlər görülür.