İngiltərədə oğlan uşaqlarına qoyulan adlar arasında Məhəmməd adı ilk yerdədir.

Böyük Britaniyanın “BabyCentre” media şirkəti tərəfindən verilən açıqlamaya görə, fərqli yazılış formaları ilə Məhəmməd adı artıq 5-ci ildir ki, siyahıya liderlik edir. 

Ən çox qoyulan adlar siyahısında Nuh və Oliver adları ikinci və üçüncü sıradakı yerlərini qoruyarkən, Ömər 79, Əbdül adı isə 90-cı sırada olmaqla  ən çox qoyulan 100 oğlan adı siyahısına daxil olub. 

Ən çox qoyulan qız adları arasında isə Oliviya ilk yeri alıb. Keçən il siyahıda birinci olan Sofiya bu il ikinci sıraya düşüb. Fatimə və Nur adları ən çox qoyulan yüz qız adı siyahısına daxil olub. 

Bundan başqa yeni növ koronavirus səbəbilə yaranan qeyri-müəyyənlik dövründən sonra valideynlər övladlarına  şəfəq və yeni başlanğıclar mənasını verən Avrora adını daha çox verməyə başlayıb.

Serial və filimlərin təsiri ilə Luka, Penolope, olimpia idman yarışlarında iştirak edən idmançıların adlarının təsiri ilə Çek, Ceyson kimi adlar da yüzlükdə yerini alıb. (Anadolu Agentliyi)