Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə iyulun 21-də keçirilən qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını təqdim edib.

DİM-dən verilən məlumata görə, imtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları (Azərbaycan və rus bölmələri) DİM-in teleqram kanalında yerləşdirilib.