Ölkədə Qurban bayramı qeyd olunur.

Elxeber.com xəbər verir ki, bayram ilə əlaqədar iyunun 28-də Təzəpir məscidində bayram namazı qılınıb.

Din xadimləri və yüzlərlə paytaxt sakininin iştirak etdiyi bayram namazında ümummilli lider Heydər Əliyev və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi bərəkət arzulanıb.

Bu gün "Heydər" məscidində də bayram namazı qılınıb. Saat 08:00-da başlayan bayram namazı məscidin imamı hacı Rüfət Qarayevin imaməmtliyi ilə qılınıb. 

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunur.