Azərbaycanda bu il fitrə zəkatı üçün nəzərdə tutulan məbləğ açıqlanıb.
Elxeber.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada qeyd olunub ki, oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının verilmə vaxtı Ramazan ayının son günüdür.
Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Fətvada bildirilir ki, fitrə canın sədəqəsidir. İmkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatının çıxarılması, ehtiyacı olan ailələrə verilməsi vacibdir.
Qeyd edək ki, bu il Ramazan ayının ilk günü aprelin 2-si, son günü isə mayın 1-də olacaq.