Bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə aprelin 2-də başlayacaq.

Elxeber.com Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən bildirir ki, aprelin 1-i niyyət axşamıdır. 1-dən 2-nə keçən gecə ilk oruc tutulacaq.  

May ayının 2-3-ü Ramazan bayramı qeyd olunacaq.

Qeyd edək ki, martın 29-da QMİ Qazilər Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verəcək.

Ramazan təqvimi-iftar və imsak vaxtları, Qədir gecələri haqqında məlumatlar açıqlanacaq.