Kolumbiyanın Konstitusiya Məhkəməsi sağalmaz xəstələr üçün "yardımlı intihara" icazə verilməsini təsdiqləyib.
Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədə “tarixi” adlandırılan bu yenilik Konstitusiya Məhkəməsində müzakirə edilərək 6 lehinə, 3 əleyhinə səslə qəbul edilib.
Qanuna əsasən, xəstəyə ağır bədən xəsarəti və ya sağalmaz xəstəlik diaqnozu qoyularsa, o, həkimlərin verəcəyi qərara əsasən həyatına son qoya bilər.
Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, bəzi insanlar evtanaziyanı seçə bilir. Bəzi hallarda insanlar öz həyatlarına son qoymağı və bunun üçün kömək almağı da seçirlər. Prosesin təhlükəsiz və müşayiətlə olması üçün prosedur qanuniləşdirilib.
Böyük müzakirələrə səbəb olan qanun, xəstənin güclü fiziki və dözülməz ruhi əziyyət çəkməsi səbəbindən bəzi dairələr tərəfindən dəstəklənərkən, qarşı çıxanlar da az deyil. Belə ki, onlar bu dəyişikliyin intiharların sayını artıracağını müdafiə edirlər.
Səhiyyə Nazirliyi isə bildirib ki, qanun Konstitusiya Məhkəməsindən öncə Konqresdə müzakirə edilməlidir.