Hindistanda havanın temperaturunun həddən artıq isti olması səbəbindən 98 insan həyatını itirib.

Elxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, qızmar istilər nəticəsində ölkənin Uttar Pradeş ştatında 54, Bihar ştatında isə 44 nəfər ölüb.

Uttar-Pradeş ştatı hökumətindən verilən açıqlamaya görə, ölənlərlə bağlı araşdırma başladılıb.

Hər iki ştatda havanın temperaturu 45 dərəcəyə çatıb.

Bihar əyalətinin paytaxtı Patnada bütün məktəblərin iyunun 24-dək bağlandığı açıqlanıb.