Təsəvvüf elm yox, həqiqi bir həyatdır. Bu yol insanı Allaha, O-nu daha dərindən dərk etməyə aparır. İnsan olmaq asan deyil. İnsan olmaq üçün nəfsin bütün arzu və istəklərindən yan keçmək lazımdır. Həzrəti Əli kimi "Allahım, Səni istəklərimdən imtina etməklə tapdım", deyə bilməkdir. Biz insanlar nəfsani varlıqlarıq. İstəklərimizə aşiqik. At nəcisinin üstünə bir saman çöpü qoyur, onun üzərinə isə bir milcək qonur və "varmı mənim kimi dünyanın kapitanı?-deyir. Özümüzdən razılıq bizi bu hala salar. İnsan ola bilmək üçün etdiyimiz xətaları görə bilməliyik. Peyğəmbər "mən də xəta edərəm"-deyir. Ona görə insan əfv etməyi öyrənər. Allahım, mən sənin qulunu bağışlayım ki, sən də məni bağışla.

Bir insan durmadan, Allahım, hər an mənimləsən-deyə yalvarar. İnsanı belə görən şeytan gələr və deyər "Sən Allahından cavab aldınmı ki, belə yalvarırsan".

-Həqiqətən də almadım, deyər insan. O zaman Allhdan cavab gəlir "qulum, mən sənə hər zaman səninləyəm deməsəm-sən məni nə cür anacaqsan?
Sevgi, elm bizə Allahdan gəlib. O, istədi və bilindi. O, öz gözəlliyinin daşması ilə bizləri yaradıb. Elədirsə, biz necə öyrənəcəyik bu eşqi? Peyğəmbərin həqiqəti olan "Quran"ı necə yaşayacağıq?".


Yazının girişinə daxil etdiyim bu fikirlər Türkiyənin dünyaca məhşur təsəvvüf araşdırmaçısı, onlarla kitabın müəllifi Camalnur Sarqut xanıma aiddir. Müasir dövrümüz üçün olduqca aktual olan, insanı ətrafın və özünün zərərli təsirlərindən qoruyan, onu Yaradana aparan yolla tanış edən C.Sargutun kitabları çox qiymətli mənbədir. İnsanı özünə qaytaran, dərkə səsləyən Camalnur xanımın Bakıda qonaq olduğu məclisdə etdiyi söhbətlərdən bəzi sətirləri qələmə aldım. O, insana öz qapısını açmağı təklif edir, daha doğrusu özünüdərkə aparan yolların sirrlərini açıqlayır. Əsl insan, müsəlman kimi yaşamaq yolunda istəyənlərə bələdçilik edir. Bəs nə deyir C.Sarqut?
 

Bu gün biz bir müsəlman kimi yaşamırıq

-Bu gün təəssüf ki, tam bir müsəlman kimi yaşamırıq. Daha çox cəhalət dövrünü yaşayırıq. Peyğəmbər əfəndimiz ətrafındakı insanlardan soruşur "İslamın ən böyük düşməni nədir?"-deyə. Əbubəkr donuzun adını çəkir. Peyğəmbər, bu yumuşaq qalar, deyir. Osman bir söz, Ömər bir başqa söz deyir. Həzrəti Əli peyğəmbərin nə deyəcəyini soruşur. Peyğəmbər deyir ki, İslama düşmən olan bir tək şey var ki, o da cəhalətdir.

Bu baxımdan biz təhsil almağa mane olsaq, qızları məktəblərə buraxmasaq, çox pis nəticəsi olar. Amma oxumağı da idrakla birlikdə etmək lazımdır. İdraksız olarsa, bir işə yaramır. Ona görə də oxuyanda bizə doğru yolu göstərən bir müəllimimiz olarsa, o zaman daha idrak etmiş şəkildə oxuya bilərik. Elmi eşqə çevirəcək bir müəllimə, elmi nəfs üçün istifadə etdirməyən bir müəllimə də ehtiyacımız var. Elmsiz olmaz. Həzrəti Şəms kimi bir sultan Mövlanə üçün belə deyir: "O peyğəmbər dostudur. Çünki təlimli və təhsilli, çox bilikli biridir. O Peyğəmbərin varisidir. Amma mən daha şanslıyam, çünki mən dostun dostuyam"-deyir. Övladlarımızı Allah elmi ilə dolduraq. Təfəkkür etmələrinə yardım edək. Sual vermələrinə şərait yaradaq. Hər çür sualı versinlər. Çünki sual vermədən sevgili tanınmaz. Bilmədiyimiz şeyə aşiq ola bilmərik. Allahı çox yaxşı bilək. Allahı bilmək üçün bütün elmləri bilək. Bütün elmlər bilinmədən Allah bilinməz. Amma yalnız elmlər bizi Allah götürməz. Adamın biri özünə alim deyir. Bir gəmiyə minir və kapitandan fizika-kimyanı bilib-bilmədiyini soruşur. Adam bilmədiyini deyir. "Quran", hədis bilib-bilmədiyni soruşur, onları bir az bilirəm, deyir. Alim kapitana hirslənir. "Sən necə adamsan?"-deyir. Sən ömrünün yarısını boşa keçirmisən. Aradan bir az zaman keçir və bu dəfə kapitan alimin yanına gəlir. "üzməyi bilirsənmi,- deyə soruşur. Yox cavabını alır. Elədirsə, bir az sonra fırtına olacaq. Gəmi batacaq. Sizin o bütün elminiz boşa gedəcək-deyir. Bu baxımdan elm insanı Allaha götürməlidir. Əgər belə deyilsə, insanı batırar. Öyrənək, cahil olmayaq. Quranı təfəkkür edək. Düşünək. Quranın bir ayətdən ibarət olmadığını, ayətin bilinən yeddi, bilinməyən sonsuz mənaları olduğunu idrak edək. Hər ayətin bizim bir həqiqətimizi ortaya çıxardığını düşünək və onlarla yaşamağı öyrənək.
Peygəmbərin həyatını öyrənməyin vacibliyini vurğulayan yazar onun nə nə qədər təvazökar biri olmasından danışıb. Onun fikrincə, kamil insan heç bir şeyə pis baxmayan, şükürsüz bir anı olmayandır. Allahın verdiyindən başqa bir şey istəməyəndir: "Bütün elmlər peyğəmbərdə vardı, amma o elmləri özündən anlatmadı. Allahın kəlimlərini ağıl süzgəcindən keçirmədən ötürdü. Allah və peyğəmbər eşqi olmadam müsəlman olmaq olmaz. Bu gün nə vəziyyətdəyik? Müsəlmanlıq cəhalətə çevrilib. Müsəlman olmağı bacarmırıq. Biz peyğəmbər kimi sevə bilmirik, peyğəmbər kimi insana dəyər verə bilmirik. Qadına heç dəyər vermirik. Qurani-Kərimdə buyrulmuş zevc ve zevce ayaqqabının iki tərliyi kimidir. Ayaqqabılar bir-birinin eyni deyil, amma biri olmadan digəri addım ata bilməz. Belədirsə, kişinin qadından üstünlüyü yoxdur. Allah üçün hamısı eynidir. Allahdan əmin olan bir nəfsdə cinsiyyət sözü olmaz. Qarşıdan aslan qaçaraq üstümüzə gəlsə, onun cinsinə baxa bilərikmi? Elədirsə, aslanlar kimi olmaq lazımdır. İnsan olmaq lazımdır. Qadının da dişilikdən qurtarıb həqiqi qadınlığa doğru yol alması lazımdır. Peyğəmbərimiz cənnət qadınların ayaqları altındadır, deyir. Nədir bu cənnət? Axtardım və belə təsvir edildiyini gördüm. Cənnətdə dörd çay vardır. Su, süd, şərab, bal. Sonradan anladım ki, su təvözökarlıq, süd Allah elmi deməkdir. Xızırın Musaya öyrətdiyi elm. Şərab Allah eşqi deməkdir. Balsa tövhid-hər yerdə Allahı görmək deməkdir. Bir qadın düşünün. Təvözökar, Allah eşqi ilə dolu, Allah elmi ilə məşğul və heç kimsədə qüsur görməyəcək qədər hər yerdə Allahı görür. Bu qadın cənnət deyilmi? Bu insan, bu nəfəs cənnət deyilmidir? Elədirsə, ayrılmadan birlikdə olmaq vacibdir. Beş barmaq da fərqlidir. Ancaq barmaqlar bir-birini qəbul etdiyi zaman gözəlliklər ortaya çıxar. Fərqliliyin birləşməsi lazımdır. Bütün fərqliliklər hamısı Allaha gedən yollardır. Hər birimiz bir yolla Allaha gedərik. Yaxşı ki, fərqliyik. Hamımız sonunda Allah yanına gedirik. Heç elmsiz eşq olurmu, heç eşqsiz təvözökarlıq olurmu? Biz bu yolları bir görmədikcə, mürşidləri bir görmədikcə birlik olmaz. Birinin dünyada pis insanlar da çoxdur, sualına, Allahın yaratdıqlarını bir vücud olaraq görün, cavabı gəlir. Bu vücudda baş, ürək, bağırsaq da var. Bağırsaq çalışmasa, vücud çalışarmı? Pislik olmasa, peyğəmbərin sonsuz gözəlliyi necə ortaya çıxacaq? Firon olmasa, Musanın gözəlliyi necə ortaya çıxardı? Əgər Əlinin sifətinə tüpürən olmasa, Əlinin əfvediciliyi, yumşaqlığı, nəfsinə qarşı susması necə ortaya çıxacaq? Eləsə hər şey lazımdır bu aləmdə. Bu aləm ziddlərin birləşməsi ilə yaradılıb. Həqiqi islam gerçəklikləri xoş görməkdir. Bizim bəyənmədiyimiz insanın sabah bizi mərtəbə-mərtəbə keçməyəcəyini bilmək lazımdır. Elədirsə, kimə pis deyə bilərik? Gördüyümüz bütün xətalar öz içimizdəki pisliklərin əksidir. Elədirsə, ətrafımıza baxıb, özümüzü düzəltməyə çalışaq. Ətrafımızın aynasında öz xətalarımızı görək. İbadətlərimizi artıraq. Təsəvvüf ibadəti könül işi halına gətirməkdir. Zor bir iş kimi həyata keçirməkdən çıxarmaqdır. Eşqə yolçuluq halına gətirməkdir. Öncə dəstəmaz alırsan. Dəstəmazın mənası bütün dünyəvi düşüncələrdən təmizlənməkdir. Sonra namaza oturarsan. Gələcək düşüncəsi, keçmiş narahatlığı olmasın. Ancaq indi gördüyünü düşün. Allahın zatının heç bir zaman bilinməyəcəyini etiraf et. Allahı ucalt. Səni bilə bilmərəm, de, Allahım. Isim və sifətinlə səni yaradılanda sevdim de, Allahım. Zatını biləməm, amma isim və sifətlərini bilirəm. Aləmlərin rəbbinə şükür et. Hər nəfəsdə Allah bizi yaratmağa davam edir. Hər nəfəsdə biz tərk edilirik, bütün hüceyrələrimiz ölür. Və Allah təkrar üfürür. Haydı deyir".
 

Ölümün gözəlliyi

Allahla görüşmək, ona qovuşmaqdır ölüm.  
C.Sarqut xanım özünün, yaxınlarının başına gələn hadisələrə, acı olaylara səbirlə, sevinclə yanaşmalarından danışdı. Özündən, ailəsindən gətirdiyi misallarla heyrət doğurdu. 
"1960-cı ildə atam həbsə girdi. Edam istəyi ilə məhkəmə olundu. Anam həmin zaman səcdədə idi. Belə deyirdi, Allahım, nə şanslı bir ailəyik ki, ailəlikcə həzrəti Yusiflə dostluq edirik. Bir həbs hadisəsini belə, Allahın bir lütfü olan ana ilə yetişdim. Heç bir şeyə üzüntü duymayan, hər şeydə Allahın bizə olan sonsuz sevgisinin bir təzahürünü görən bir ana ilə yetişdim. Quran zövqü, Allah eşqi ilə yetişdim. Quran oxuyan zaman məni ən çox titrədən ayət, hər şey məni zikr edər" ayəti idi. Allah, hər şey məni zikr edərdi, deyirdi. Ayağımı basdığım atomlar belə Allah, Allah deyə bağırırdı. Eyni paltarla qəlb qırdınsa, onun içində könül al ki, sənə şahidlik eləsin. Noxud bişərkən qışqırar, acı çəkər. Aşçıbaşı onun başından basar, nəhayət noxud bişər və gözəl bir dad qazanar. İnsan noxudu yeyər və noxud insana dönər. Xalam xərçəng xəstəliyinə tutulmuşdu, amma bunu Allahın ona insan olmaq üçün göndərdiyi hədiyyə olduğunu qəbul etdi və Allaha olan bu inamı sayəsində xəstəlikdən qurtardı. Bu gün 98 yaşında hələ də Allah eşqi ilə yaşayır. Bir çox əziyyətlər gördü. Amma soruşan zaman, Allahım mənə heç əziyyət etmədi, deyərdi. Bir Mehmet əmi var idi. Bir bayram günündə bir-birini təbrik etmək üçün bir araya gələn ailə binanın çökməsi nəticəsinə məhv olmuşdu. Mehmet əminin 11 övladı birdən dünyasını dəyişmişdi. Acısını paylaşan birinə, əsla o binanı tikənə bəddua etmə, deyib. Sabah cənnətdə eyni qalxanda üzülərsən. Qarşısındakı demiş ki, mən elə bir insanın olduğu cənnətə getmək istəmirım. Mehmet əmi, sırf mənim duam o adamı cənnətə salar" demiş. Çünki on bir uşağımın birdən şəhid olmasına səbəb oldu. Allah o adamdan razı olsun"-demiş. Bu baxış hər şeyin üstündə olan bir baxışdır. Bu ölümün gözəlliyini bizə anladan bir baxışdır".

Aygün

2014; fevral