Azərbaycan cəmiyyətində çay çox sevilən içkidir. Çayın sağlamlığa çoxlu faydaları da var. Yüksək qan təzyiqini aşağı salmaq və ürək xəstəliklərinin qarşısını almaq üçün yaxşı alternativdir.
Belə ki, Amerikanın Klinik Qidalanma Jurnalında (American Journal of Clinical Nutrition) dərc edilən araşdırmaya görə, qara çay bədən sağlamlığı üçün də istehlak edilməlidir.
“Çay həm də ürək xəstəliklərinə qarşı yaxşı alternativdir”
Trthaber-ə açıqlama verən kardioloq Savaş Açıkgöz bədən sağlamlığı üçün çay içməyi tövsiyə edib:
"Çayın tərkibindəki bəzi molekullar damar genişləndirən fermentləri aktivləşdirir, damar sərtliyini azaldır, təzyiqi aşağı salır. Qan təzyiqi yaxşı olanda isə ürək-damar xəstəlikləri azalır”.
Faydalarını saymaqla bitməyən çay stressi də aradan qaldırır. Stress zamanı bir fincan çayla sakitləşmək mümkündür.
Qeyd edək ki, mütəxəssislər sağlamlıq üçün gündə 5 stəkan çay içməyi məsləhət görürlər.