"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) dövlət büdcəsindən Naxçıvana uçuşlara görə dotasiya verilir, amma bu, ümumi xərclərin cəmi 20-25 %-ni əhatə edir.

Elxeber.com "Report"-a istinadla xəbər verir ki, bunu deputat Siyavuş Novruzov bu gün keçirilən Milli Məclisin plenar iclasında "Aviasiya haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Qalan yük AZAL-ın üzərinə düşür. Dövlət büdcəsindən Naxçıvana verilən dotasiya 5 milyon manat təşkil edir, amma AZAL ümumilikdə 20 milyon manat xərc çəkir. Yəni yükün 15 milyon manatı AZAL-ın üzərində qalır. AZAL bu qədər pulu haradan almalıdır? Naxçıvan blokadada olduğu üçün düşünürəm ki, çəkilən bütün xərcləri dövlət ödəməlidir", - deyə deputat bildirib.