"Azərbaycanda süni qiymət artımının qarşısının alınması üçün çox ciddi tədbirlər həyata keçirilməlidir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəzi işlər görür. Amma bu işlər geniş vüsət almalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında deputat Vahid Əhmədov deyib.

O, süni qiymət artımının narahatlıq yaratdığını, bunun çox ciddi problemə çevrildiyini söyləyib.

Deputat eyni zamanda, Azərbaycan saytlarına Rusiyada qadağa qoyulmasına da fikir bildirib:"Bu gün Rusiyada bizim informasiya saytlarına qadağalar tətbiq edilib. Amma Azərbaycanda “Sputnik-Azərbaycan” fəaliyyət göstərir və heç bir qadağa da yoxdur. Bununla yanaşı, bu yaxınlarda Abxaziyada, Osetiyada fəaliyyət göstərən bir generalı gətirib "Sputnik-Azərbaycan"a rəhbər təyin ediblər. Hesab edirəm ki, bu informasiya resursunun fəaliyyəti dayandırılmalıdır.

Media Agentliyinə və Mətbuat Şurasına müraciət edirəm. “Sputnik-Azərbaycan”nın fəaliyyəti araşdırılsın və bu agentliyin fəaliyyəti Azərbaycanda qadağan edilsin”.