Ermənistanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları paytaxt İrəvanda Göy məscidi ziyarət ediblər.

Milli Məclisin deputatı Tahir Mirkişili feysbuq hesabında məsciddən fotolar paylaşıb.

"Bildiyimizə görə, Göy Məscid İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir.
Divarlarında başqa dövlətə aid yazılar olsa da, divarları, arxitekturası, ruhu sırf bizə aiddir. İnanıram ki,  bizim bu doğmalığı hiss etdiyimiz kimi, məscid də bunu hiss edib.
İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda qəbul olunur",-deyə paylaşımda bildirilib,

Qeyd edək ki, azərbaycanlı deputatlar - Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasında iştirak etmək üçün İrəvana gediblər.