Ali təhsil pilləsinin doktorantura səviyyəsinin fəlsəfə doktoru hazırlığı proqramı üzrə sənəd qəbulu prosesi başa çatıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ildə doktorantura təhsil səviyyəsi üzrə ümumilikdə 1971 müraciət daxil olub. 1832 müraciət fəlsəfə doktoru üzrə, 139 müraciət isə elmlər doktoru üzrə olub. Fəlsəfə doktoru üzrə müraciət edənlərdən 1716-sı növbəti mərhələdə olan imtahana buraxılış imkanı əldə edib.
Müraciət edən namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş 19 dövlət qurumunun tabeliyində olan 69 təhsil müəssisəsinə müraciət göndərib.