ABŞ-ın “US News and World Report” jurnalının tərtib etdiyi reytinqə əsasən, Rusiya ən güclü silahlı qüvvələri olan ölkələr siyahısında birinci yeri tutub.

Nəşrin məlumatına görə, ölkələrin ordularının gücü qlobal sorğuda iştirak edənlərin rəyləri əsasında qiymətləndirilib. Bu meyar “Güc” altkateqoriyasında “US News and World Report”a əsasən ən yaxşı ölkələrin ümumi reytinqi tərtib edilərkən nəzərə alınıb.

Elxeber.com bu barədə TASS-a istinadla xəbər verir.

Ən güclü orduya malik ölkələrin reytinqində ABŞ ikinci, Çin isə üçüncü yeri tutub. Reytinqdə İsrail dördüncü, Cənubi Koreya isə beşinci yerdə qərarlaşıb. Ukrayna altıncı yeri tutub.

Ən güclü silahlı qüvvələrə malik 10 ölkə arasında İran, Böyük Britaniya, Almaniya və Türkiyə də var.