Əfqanıstanda zəlzələ nəticəsində 500 nəfərdən çox insan ölüb.

Elxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində yaralananların sayı 1000 nəfəri ötüb.

Qeyd edək ki, dünən Əfqanıstanda 6,3 bal gücündə baş verən zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub.